Mədəniyyət
25.07.2015 / 05:47

Astanada Türk xalqlarının musiqi festivalı keçirilib

Astanada Türk xalqlarının musiqi festivalı keçirilib

Qazaxıstanın paytaxtı Astanada Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (İCTM) 43-cü ümumdünya konfransı keçirilib.

İnform.az "Report"-a istinadən xəbər verir ki, konfrans çərçivəsində TÜRKSOY türk xalqlarının musiqi festivalını təşkil edib. Festivalda iştirak edən musiqiçilər orta əsrlərdən etibarən formalaşan zəngin türk musiqi mədəniyyəti nümunələrini, rəqsləri, muğamları, vokal-instrumental ansambl ifaçılığını təqdim edib.

Türk xalqlarının musiqi mədəniyyətinə, onların qarşılıqlı mübadilə yolu ilə inkişafına həsr edilmiş tədbirdə 70-ə yaxın ölkədən 800 aparıcı ekspert, türkdilli ölkələrin mədəniyyət və incəsənət xadimləri və xarici ölkələrin nümayəndələri iştirak edib.

Festivalda Azərbaycandan "Aypara" muğam üçlüyünün - ikinci respublika muğam müsabiqəsinin qalibi Aytən Məhərrəmova, tarzən Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadov iştirak edib.

Baxış sayı: 374