Hərbi
27.04.2018 / 09:00

NATO 2018-ci ldə 106 hərbi təlim keçirəcək

NATO 2018-ci ldə 106 hərbi təlim keçirəcək

Şimal Atlantik Alyansı 2018-ci il çərçivəsində 106 hərbi təlim keçirməyi planlaşdırır.

İnform.az ordu.az istinadən xəbər verir ki, bu barədə NATO məlumat yayıb.

Məlumata görə, təlimlərdən 45-i yerüstü əməliyyatlara həsr olunacaq, 12 təlimdə isə aviasiya qüvvələri işə salınacaq. Daha 15 təlimdə isə diqqət dəniz əməliyyatlarına veriləcək.

O cümlədən bir sıra təlimlər kiber hücumların qarşısının alınması və böhran vəziyyətinə reaksiya verilməsinə həsr ediləcək.

NATO-nun 2018-ci ildə keçirəcəyi ən irimiqyaslı təlimlər isə oktyabrın 25-dən noyabrın 7-dək keçiriləcək “Trident Juncture” olacaq. Bu təlimlərdə 30-dan çox ölkədən olan hərbçilər iştirak edəcək.

İnform.az

Baxış sayı: 62