Gündəm, Din
26.04.2018 / 19:06

“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb- ​Göygöldə(Foto)

“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb-
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb.

Komitənin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, tədbirdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov, Göygöl RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev və rayon gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini –dini qurumlarla işin təşkilatçısı B. Rəsulov mövzunun əhəmiyyətindən danışıb. Natiq eyni zamanda, rayonda mövcud olan dini durum barədə də ətraflı məlumat verib.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini G. İsmayılov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi və dini durum sabitdir. Bütün dinlərin və xalqların nümayəndələri multikultural və tolerantlıq dəyərlərinə sadiq olan ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dünyada qlobal təhlükəsizlik problemlərinin əsasını dini və etnik zəmindəki münaqişələrin təşkil etdiyini qeyd edən DQİDK-nın sədr müavini respublikamızda dinlərarası və millətlərarası münaqişələrin baş vermədiyini bildirib.

G. İsmayılov eyni zamanda, Azərbaycanın zəngin multikultural mühitinə əsas təhlükə törədən potensial və real təhdidlərə diqqət çəkərək, dini radikalizmin doğura biləcəyi mənfi nəticələrdən də bəhs edib. Natiq vurğulayıb ki, məzhəb müxtəlifliyi şəraitində multikultural cəmiyyətlərdə, xüsusilə İslam dininə mənsub toplumlarda ənənəvi İslamın zəifləməsi fonunda xarici təsirlərin güclənməsi prosesi gedir. Dini radikalizmin güclənməsi dinin siyasiləşdirilməsinə, tolerantlığın zəifləməsi ilə məzhəbçiliyin güclənməsinə, cəmiyyətdə qütbləşmənin və sosial təbəqələşmənin yaranmasına aparıb çıxarır.

Dövlət Komitəsinin sədr müavini sonda gənclərin müəyyən bilgilərə yiyələnmələrinin, həmçinin onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini diqqətə çatdırıb.

DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov mövzu ətrafında danışaraq zərərli dini cərəyanların əsas fəaliyyət metodlarına toxunub.

Göygöl RİH-in nümayəndəsi Vüqar Hüseynov Ulu Öndərin dinə göstərdiyi qayğıdan bəhs edərək bu uzaqgörən siyasətin bu gün möhtərəm Prezidentimiz uğurla davam etdirdiyini vurğulayıb. Qeyd edib ki, ölkəmizdə dini konfessiyalara fərq qoyulmadan dini ibadətgahların təmir və bərpa olunması tolerantlığın dövlət siyasətinə çevrilməsinin bariz göstəricisidir.

Çıxış edən digər natiqlər də mövzu ətrafında öz fikirlərini bölüşüblər.

Seminar-treninqin birinci günü dini radikalizmə qarşı birgə mübarizənin vacibliyi və milli-mənəvi dəyərlərimizin qorunması, nümunəvi Azərbaycan gəncinin əsas xüsusiyyətləri barədə fikir

mübadiləsinin aparılması ilə yekunlaşıb.

“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb-


İnform.az

Baxış sayı: 140