Mədəniyyət
26.04.2018 / 14:23

Mübariz Tağıyevin yubileyi keçirilib- FOTO

Mübariz Tağıyevin yubileyi keçirilib-

Dünən Heydər Əliyev Sarayında Xalq artisti Mübariz Tağıyevin anadan olmasının 70 illiyinə həsr olunan geniş konsert təşkil olunub.

İnform.az "Azərtac"a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin və AzTV-nin birgə təşkilatçılığı ilə reallaşan konsertdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Gecədə Xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə, Samir Cəfərov, Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Tünzalə Ağayeva, Manana, Sevda Ələkbərzadə, Teymur Əmrah, sevilən müğənnilər Cavan Zeynallı, Samirə Allahverdiyeva, Eldar Qasımov, İlqar Xəyal, Fuad Musayev, Səbinə Babayeva, Emiliya Yaqubova, Abbas Əhməd, Azad Şabanov, Ülkər Əliyeva, Çingiz Mustafayev, Cahangir Qurbanov, Musa Abdullayev və “Qaya”, “Rast” qrupları, “Sevil” ansamblı, Estrada-simfonik orkestri-bədii rəhbər Salman Qəmbərov, “Cəngi” qrupu, habelə “Savab” qrupu, Zabitlər Evinin xoru və “Bakılı oğlanlar” komandası maraqlı proqramla çıxış ediblər.

Mübariz Tağıyevin yubileyi keçirilib-


İnform.az


Baxış sayı: 290