Elm-təhsil
26.04.2018 / 13:51

AzMİU-da beynəlxalq konfrans işinə başlayıb- FOTO

AzMİU-da beynəlxalq konfrans işinə başlayıb-
Bu gün Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə (AzMİU) professor-müəllim heyətinin, doktorantların və gənc tədqiqatçıların Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransı keçirilib.

Unigversitetin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Kiyev Milli İnşaat və Memarlıq Universiteti, Ufa Dövlət Texniki Universitetinin Memarlıq-İnşaat İnstitutundan və digər universitetlərdən, ölkəmizin aparıcı ali təhsil müəssisələrindən mütəxəssislərin iştirak etdiyi konfransa 100-dən çox elm adamı qatılıb. Konfransda eyni zamanda dövlət qurumlarından, AMEA-nın Geologiya və Geofizika İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi,Torpaqşünaslıq və Aqrokimya İnstitutu, İqtisadiyyat İnstitutundan nümayəndələr iştirak ediblər.

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin universitetin həyətində ucaldılmış abidəsi önünə gələrək xatirəsini yad edib, büstü qarşısına əklil qoyublar.

Sonra tədbir öz işini universitetin konfrans zalında davam etdirib.

Konfransda çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi Yaşar Ömərov və digər qonaqlar konfrans iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıblar.

Sonra konfansın plenar məruzələri dinlənilib. Təşkilat komitəsinin sədri, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Azərbaycan Xalq Cümhuriyyəti: “Şərqin ilk demokratik Respublikası” adlı məruzəsində 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verdiyini, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu bildirib .

Rektor çıxışında qeyd edib ki, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.

Azərbaycanın ilk universiteti təsis olunub, təhsil milliləşdirilib, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb.Ölkə başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu və bu təşəbbüsün hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılandığını söyləyib.

AMEA-nın “Riyaziyyat və Mexanika” institutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində” məruzəsində qeyd edib ki, AXC fəaliyyəti müddətində bir çox sahələrdə mühüm addımlar atıb.

Milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurulub. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib.

M.Mərdanov bildirib ki, AXC-nin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri də Hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi təşəbbüsü olub. Azərbaycan Hökuməti ilk günlərdən başlayaraq, milli kadrların hazırlanması, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verib. AXC-nin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi olub.

Sonra konfrans işini bölmələrdə davam etdirib. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunacaq konfransda memarlıq, inşaat, su təsərrüfatı və ekologiya, təbiət elmləri, mexanika və informasiya texnologiyaları, iqtisadiyyat, dilçilik və ictimai elm sahələrini əhatə edən mövzularda müzakirələr aparılacaq. Ümumilikdə 8 bölmə iclasında keçiriləcək konfrans 2 gün davam edəcək.

Konfransda Azərbaycan, rus və ingilis dillərində 174 məruzənin dinlənilməsi nəzərdə tutulub.

AzMİU-da beynəlxalq konfrans işinə başlayıb-


AzMİU-da beynəlxalq konfrans işinə başlayıb-


AzMİU-da beynəlxalq konfrans işinə başlayıb-


AzMİU-da beynəlxalq konfrans işinə başlayıb-


AzMİU-da beynəlxalq konfrans işinə başlayıb-


AzMİU-da beynəlxalq konfrans işinə başlayıb-


AzMİU-da beynəlxalq konfrans işinə başlayıb-


İnform.az

Baxış sayı: 292