İdman, Hüquq
26.04.2018 / 13:40

Uğurlarınız bol olsun

Uğurlarınız bol olsun
Ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, əldə edilən nailiyyətlər yüksək səviyyədədir.

Belə nailiyyətlər qazanan idmançılar arasında daxili işlər orqanlarının əməkdaşları yetərincədir.

Baş Mühafizə İdarəsinin Quba Rayon Regional Mühafizə Şöbəsinin Qusar Rayon Bölməsinin əməkdaşları, polis serjantları Elnur Paşayev, Zamir Səfərbəyov və Tofiq Abbasov apardıqları nümunəvi xidmətdən əlavə idman nailliyyətləri ilə də fərqlənirlər.

İdmanın armrestlinq növü ilə məşğul olan əməkdaşlarımız dəfələrlə güc çoxnövçülüyü üzrə DİN birinciliklərində iştirak edib, baş mükafatlara sahib olublar. Belə ki, 75 kiloqram çəki dərəcəsində E.Paşayev, 85 kiloqram çəki dərəcəsində Z.Səfərbəyov və 90+ kiloqram çəki dərəcəsində çıxış edən T.Abbasov dəfələrlə baş mükafatlara sahib olublar.
Elnur Paşayev 2013-cü ildən qatıldığı bütün yarışlarda birinci yerin sahibi olub. Bundan əlavə keçən il keçirilən yarışda qol güləşinin qalibi olmaqla bərabər ağırlıq daşlarını qaldırma yarışında da 2 ci yerə layiq görülüb.

Zamir Səfərbəyov da həmkarı Elnur kimi qələbələrinin sayını günü-gündən artırmaqdadır. Xidmət yoldaşıyla qatıldığı bütün yarışların qalibi olan polisimiz 2016 və 2017-ci illərdə keçirilən tədbirdə ikinci yerə layiq görülüb.

Polis serjantı Tofiq Abbasov da qatıldığı yarışlarda müxtəlif mükafatlara layiq görülüb.

Bununla yanaşı Elnur Paşayev armrestlinq idman növündən əlavə bodybuildinglə də məşğul olur.

İdmançılarımız DİN rəhbərliyi tərəfindən gənclərimizin fiziki hazırlığına və idmana göstərilən diqqət və qayğıdan ruhlandığlarını, ölkəmizin idman şərəfinin layiqincə qorunması üçün bütün səy və bacarığını səfərbər edəcəklərini bildiriblər.

Uğurlarınız bol olsun


Uğurlarınız bol olsun


Nizam Həmidov/Polis leytenantı

Baxış sayı: 33