Elm-təhsil
26.04.2018 / 13:33

FRTEB-də akademik H.Abdullayevin 100 illiyi münasibəti ilə elmi müsabiqə keçiriləcək-

FRTEB-də akademik H.Abdullayevin 100 illiyi münasibəti ilə elmi müsabiqə keçiriləcək-AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin dəstəyi, Fizika- Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) təşkilatçılığı ilə uzun müddət AMEA-nın Prezidenti olmuş görkəmli elm və ictimai xadim, elmimizin inkişafında yüksək xidmətləri olmuş akademik H.M.Abdullayevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar elmi müsabiqə elan olunur.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, FRTEB-ə daxil olan İnstitutların yaşı 35-ə qədər olan gənc alim və mütəxəssislərin iştirakı nəzərdə tutulur.

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

1. Elmi nəticələri, qrant layihələrdə iştirakı, yüksək impakt faktorlu jurnallarda məqaləsi çap olunan namizədlər barədə institutların elmi şuralarının qərarı

2. Namizəd haqqında təqdimat

3. Məlumat forması


Namizədlər haqqında məlumat AMEA FRTE Bölməsinə may ayının 10-a kimi təqdim edilməlidir.

Ünvan: Bakı ş. İstiqlaliyyət küç- 30

Telefon: (+994 12) 492 60 83

Baxış sayı: 206