Gündəm, Hüquq
26.04.2018 / 13:23

Plastik boru oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Plastik boru oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıbDİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, aprelin 24-də Qusar Rayon Polis Şöbəsinin Samur Polis Bölməsinə ərizə ilə müraciət edən Düztahir kənd sakini Şaiq Həbibov, gecə saatlarında ona məxsuz torpaq sahəsindən 800 metr plastik borunun oğurlandığını bildirib.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Samur PB-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğruluğu törətməkdə şübhəli bilinən Yasab-oba kənd sakini Tofiq Aslanov saxlanılaraq bölməyə gətirilib. Dindirilmə zamanı o törətdiyi oğruluq hadisəsini etiraf edib.

Faktlarla bağlı araşdırmalar aparılır.

İnform.az

Baxış sayı: 34