Sosial
26.04.2018 / 11:54

"Kəndçiliyə qalsa, ən böyük kəndçi özüməm..."- Rəşid Məahmudov

"Kəndçiliyə qalsa, ən böyük kəndçi özüməm..."-Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov sosial şəbəkədə kənd camaatını təhqir edən "Bakı Metropoliteni”nin marketinq şöbəsinin direktoru Lalə Babayevanın fikirlərinə münasibt bildirib.

İnform.az-ın xəbərinə görə, Rəşid Mahmudov sfera.az-a açıqlamasında Lalə Babayevanın gənc olduğu üçün düşünmədən bu cür aşağılayıcı fikirlər söylədiyini bildirib:

"Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçurur,, ayaqyalın tinlərdə dayanır və sairə bu cür işlərlə məşğul olurdular. Ümumiyyətlə, kəndli-şəhərli ayrı-seçkiliyi salmaq yolverilməzdir. Bu cür fikirlər cəmiyyəti parçalamağa yönəlmiş təxribat xarakterli hərəkətlərdir. Kəndçiliyə qalsa, ən böyük kəndçi özüməm. Amma mən heç zaman kəndli-şəhərli söhbəti etmərəm. Hamımız azərbaycanlıyıq, vəssalam!”.

R.Mahmudov insanları bu cür həssas məsələlərdə diqqətli olmağa çağırıb.

İnform.az

Baxış sayı: 216