Elm-təhsil
26.04.2018 / 11:35

“Görkəmli Azərbaycan filosofu, akademik Heydər Hüseynovun anadan olmasının 110 illiyi” mövzusunda dəyirmi masa keçirilib- ADU-da(Foto)

“Görkəmli Azərbaycan filosofu, akademik Heydər Hüseynovun anadan olmasının 110 illiyi” mövzusunda dəyirmi masa keçirilib-
Azərbaycan Dillər Universitetində (ADU) Qafqazşünaslıq kafedrası, Fəlsəfə və İctimai elmlər kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Görkəmli Azərbaycan filosofu, akademik Heydər Hüseynovun anadan olmasının 110 illiyi” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə İnform.az-a ADU-nun İctimaiyyətlə əlaqə Departamentindən məlumat verilib.

Məlumata görə, Qafqazşünaslıq kafedrasının müdiri, professor Əsgər Zeynalov “Heydər Hüseynovun həyat və fəaliyyəti” adlı məruzə oxuyub.

O, bildiribki, Azərbaycan tərcümə məktəbinin əsasını qoyan H.Hüseynov 100-dən çox elmi məqalənin müəllifi olub və Nizami Gəncəvi, Abbasquluağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsənbəy Zərdabi, Füzuli və digər dahi şəxsiyyətlər haqqında ciddi tədqiqat işləri aparıb, Azərbaycan dilində ilk fəlsəfə dərslikləri hesab olunan “Dialektika və metafizika”, “Dialektik və tarixi materializm haqqında” kitablarını yazıb.

Fəlsəfə və İctimai elmlər kafedrasının baş müəllimi Kəmalə Yusifova “Heydər Hüseynov məktəbinin yetirmələri” adlı məruzəsində H.Hüseynovun tarix və fəlsəfə elminin inkişafına böyük töhfələrdən bəhs edib, eyni zamanda onun elmi fəaliyyətinin Azərbaycanda fəlsəfənin inkişafına güclü təkan verdiyini sözlərinə əlavə edib.

Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Solmaz Rüstəmova-Tohidi bildirib ki, Heydər Hüseynov Azərbaycan Sovet elminin parlaq nümayəndəsi olub.

O, Mirzə Fətəli Axundov irsinin tədqiqatçısı olan H.Hüseynovun filosof və tarixçilər informalaşmasında mühüm əhəmiyyəti olan məqalələr və elmi təqdiqatların müəllifi olduğunu söyləyib.

“Görkəmli Azərbaycan filosofu, akademik Heydər Hüseynovun anadan olmasının 110 illiyi” mövzusunda dəyirmi masa keçirilib-


“Görkəmli Azərbaycan filosofu, akademik Heydər Hüseynovun anadan olmasının 110 illiyi” mövzusunda dəyirmi masa keçirilib-

“Görkəmli Azərbaycan filosofu, akademik Heydər Hüseynovun anadan olmasının 110 illiyi” mövzusunda dəyirmi masa keçirilib-


“Görkəmli Azərbaycan filosofu, akademik Heydər Hüseynovun anadan olmasının 110 illiyi” mövzusunda dəyirmi masa keçirilib-


“Görkəmli Azərbaycan filosofu, akademik Heydər Hüseynovun anadan olmasının 110 illiyi” mövzusunda dəyirmi masa keçirilib-


İnform.az

Baxış sayı: 297