Gündəm, Hüquq
26.04.2018 / 11:40

Mənzildən qızıl oğurlayan şəxs tutulub

Mənzildən qızıl oğurlayan şəxs tutulub
Nəsimi rayonu ərazisindəki mənzillərin birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şamo Babayev saxlanılıb.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan İmişli rayon sakini Ş.Babayev aprelin 24-də rayondakı mənzillərin birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinir.

İnform.az

Baxış sayı: 190