Gündəm, Hüquq
26.04.2018 / 11:27

Üzərində “Kalaşnikov” markalı avtomat silah gəzdirən şəxs saxlanılıb

Üzərində “Kalaşnikov” markalı avtomat silah gəzdirən şəxs saxlanılıbDaxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə paytaxt sakini, əvvəllər məhkum olunmuş Anar Hacıyevdə odlu silah-sursat olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə A.Hacıyevin əlindəki çantaya baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və patronlar aşkar olunaraq götürülüb.

Faktla bağlı 5-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

İnform.az

Baxış sayı: 255