Gündəm, Hüquq
26.04.2018 / 11:21

Saxlanılan şəxsin digər cinayət əməllərinin də üstü açılıb

Saxlanılan şəxsin digər cinayət əməllərinin də üstü açılıbNərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə F.X.Xoyski küçəsindəki “Topaz” mərc oyunları məntəqəsindən 85 manat pul, 6 ədəd televizor, 2 ədəd noutbuk və müşahidə kamerasının yaddaş kartının oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və 17-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Zaqatala rayon sakini, əvvəllər məhkum olunan Elçin Rəşidov olduğu məlum olub, törətdiyi digər cinayət əməllərinin də üstü açılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər “Topaz” mərc oyunları məntəqəsindən də 1 ədəd videokamera, 1 ədəd televizor, 2 ədəd noutbuk və 50 ədəd lotoreya bileti, həmçinin rayon ərazisindəki gözəllik salonlarından birindən 1 ədəd televizor və 2000 manat dəyərində süni saç oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

İnform.az

Baxış sayı: 231