Dünya
26.04.2018 / 11:16

Tailand turizm mərkəzlərini bağlamağa başlayıb - SƏBƏB?

Tailand turizm mərkəzlərini bağlamağa başlayıb -Tailandın milli parklar, vəhşi təbiət və bitkilərin qorunması departamenti turizm mərkəzlərini müvəqqəti bağlamağa qərar verib.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, bu barədə Tourism Authority of Thailand nəşri xəbər yayıb.

Məlumatda deyilir ki, hər il mövsümi olaraq aparılan bu iməciliyin müddəti hava şəraitindən və parkların vəziyyətindən asılı olacaq.

Qeyd edək ki, hazırda ölkədə 147 milli park var ki, ərazisi 70 min kv.km təşkil edir. Bu da ölkə ərazisinin 13 faizi deməkdir. Bu il parklardan 66-ı bağlanacaq.

İnform.az

Baxış sayı: 243