Diaspora Akademiyası, Baş xəbər
26.04.2018 / 11:13

“Heydər Əliyev. Hakimiyyət və Şəxsiyyət” adlı tədbir keçirilib- Bişkekdə(Foto)

 “Heydər Əliyev. Hakimiyyət və Şəxsiyyət”  adlı tədbir keçirilib-
Bişkekdə 2018-ci ilin aprel ayının 25-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə silsilə tədbirlər çərçivəsində ölkəmizin Qırğız Respublikasında Səfirliyi və Qırğız Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev. Hakimiyyət və Şəxsiyyət” adlı dəyirmi masa keçirilib.

Tədbir başlamadan öncə iştirakçılar Akademiyanın foyesində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətlərini əks etdirən foto və kitab sərgiləri ilə tanış olublar.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının və Qırğız Respublikasının dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Qırğız Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Almaz Nəsirov rəhbərlik etdiyi akademiya üçün belə mühüm konfrans keçirməkdən məmnun olduğunu bildirib.

Eyni zamanda dünya miqyaslı dövlət xadimi və siyasətçi Heydər Əliyev hələ sağlığında əlçatmaz bir zirvəyə yüksəldi və onun siyasi irsi Azərbaycan tarixində dərin iz buraxdını qeyd edib.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovla telekörpü yaradılmış və o, müasir müstəqil Azərbaycan dövlətinin formalaşmasında və möhkəmlənməsində, dünya səviyyəsində tanınmasında Olu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.

Rusiyanın Qırğız Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Andrey Krutko Heydər Əliyevin Sovetlər dövründə Azərbaycanda və Moskvadakı fəaliyyəti haqqında danışdı və böyük liderlə görüşləri ilə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, ölkələrimizin birgə keçmişini şanlı səhifələri Heydər Əliyevin adı ilə bağlıdır.

Türkiyənin Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Cengiz Kamil Fırat türk dünyası böyük ümummilli lider Heydər Əliyev ilə qürur duyur və onu dahi şəxsiyyət və müdrik siyasətçi kimi qəbul etdiyini bildirib. O, "dahi insanın yalnız doğum günü olur və o cəmiyyət üçün heç vaxt ölmür"deyə vurğulayıb.

Qazaxstan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Karim Kokrekbayev Heydər Əliyevin təşəbbüsü ilə beş Türkdilli ölkənin başçısı - Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkstan və Qırğızstan rəhbərlərinin Bakıda keçirilən sammitində "Kitabi Dədə Qorqud" eposunun 1300 illik yubileyi yüksək səviyyədə qeyd edildiyindən bəhs edib.

Həmçinin bildirdi ki, Azərbaycan-Qazaxstan ikitərəfli münasibətləri ölkə başçılarının dostluğu ilə möhkəmlənib.

Qırğız Milli Universitetinin rektoru Kanat Sadıkov isə, Ümummilli Liderdə rasionalizm və hikmət, qətiyyət, siyasi uzaqgörənlik, realizm və novatorluq kimi zəruri xüsusiyyətləri hər kəsin gördüyündən danışıb.

Bildirib ki, Heydər Əliyev ölkənin bütün gələcək liderləri üçün nümunədir və onun şəxsiyyətinin miqyası o qədər böyük idi ki, bəzi hallarda Azərbaycan ona görə tanınırdı.

Qırğız Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyətindən iqtisad elmləri namizədi Masura Kitayeva "Heydər Əliyevin irsi", texniki elmlər namizədi Asılbek Bolotvayev “Heydər Əliyev dövlət xadimi kimi", tarix elmləri doktoru Aydarbek Koçkunov "Azərbaycan və Qırğızıstanın mədəni və humanitar əlaqələri", tələbəsi Şakina Kadırova "Qırğız Respublikası ilə Azərbaycan Respublikası gənclərinin qarşılıqlı əlaqəsi" mövzularında məruzə ilə çıxış ediblər.

Böyük Vətən müharibəsinin veteranı, Qırğızıstanın əməkdar inşaatçısı Əsəd Həsənov ulu öndərlə görüşlərindən danışıb.

Tədbirin sonunda çıxış edən Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov Heydər Əliyev idarə etmə fəlsəfəsinin istiqaməti milli şüurun yüksəldən inkişafa və milli qurur hissinin güclənməsinə yönəldiyini bildirib. Eyni zamanda, onun təşəbbüsü ilə hələ 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyasında Azərbaycan dili dövlət dili statusunu aldığını vurğulayıb.

Həmçinin diplomat Heydər Əliyevin Sovet Azərbaycanında fəaliyyətinin digər istiqamətlərindən danışdı. Bildirdi ki, onun yorulmaz fəaliyyətinin nəticəsi həmin dövrün dünyanın ən güclü super-dövlətlərindən biri olan SSRİ-nin yüksək hakimiyyət eşalonunda yerini tutması idi və oradakı fəaliyyətində azərbaycanlı lider nəhəng ölkə miqyasında ən vacib islahatları həyata keçirirdi. Azərbaycan dövlətçilik tarixində əvəzsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin haqqında Səfir bildirdi: "Hər bir Azərbaycanlı onunla razıdır ki Ümummilli lider olmasaydı çağdaş Azərbaycan da olmayacaqdı".

Eyni zamanda, səfir Heydər Əliyevin misilsiz, alternativi olmayan daxili və xarici siyasətini və ideyalarını möhtərəm Prezident cənab İlham Əliyev uğurla davam etdiyini vurğulayıb.

Sonda Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov Qırğız Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına bu möhtəşəm tədbirinə ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib.

Tədbirdə Qırğız Respublikasında akkreditə olunmuş xarici ölkələrin Səfirləri, ictimai-siyasi xadimlər, Akademiyanın rəhbərliyi və professor-müəllim heyəti, magistrlər, tələbələr, Azərbaycan diasporunun nümayəndələri və jurnalistlər iştirak ediblər.

 “Heydər Əliyev. Hakimiyyət və Şəxsiyyət”  adlı tədbir keçirilib-


 “Heydər Əliyev. Hakimiyyət və Şəxsiyyət”  adlı tədbir keçirilib-


 “Heydər Əliyev. Hakimiyyət və Şəxsiyyət”  adlı tədbir keçirilib-


 “Heydər Əliyev. Hakimiyyət və Şəxsiyyət”  adlı tədbir keçirilib-


İnform.az






Baxış sayı: 304