Gündəm, Hüquq
26.04.2018 / 10:50

Cibgir yaxalanıb

Cibgir yaxalanıbPolis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, aprelin 25-də paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini T.Ağasıyeva bir gün əvvəl marşrut avtobusunda içərisində 180 manatı olan pulqabısının oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və bu cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunan Cavid Ramiyar olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 193