İdman
26.04.2018 / 10:08

Azərbaycan cüdoçuları Avropa çempionatında mübarizəyə başlayırlar - VİDEO

Azərbaycan cüdoçuları Avropa çempionatında mübarizəyə başlayırlar -Bu gün İsrailin Təl-Əviv şəhərində cüdo üzrə kişi və qadınlar arasında Avropa çempionatına start veriləcək.

İnform.az "Report"-a istinadən xəbər verir ki, üç gün davam edəcək yarışa 44 ölkədən 368 cüdoçu (215 kişi, 153 qadın) qatılacaq. Azərbaycanı 9 kişi və 7 qadın olmaqla, 16 tatami ustası təmsil edəcək.

İlk yarış günündə onlardan 9-u qüvvəsini sınayacaq. Cüdoçuların hamısı mübarizəyə 1/16 final mərhələsindən başlayacaqlar.

Kişilərdən 60 kq çəki dərəcəsindəki Vüqar Şirinli rusiyalı olimpiya və ikiqat Avropa çempionu Beslan Mudranovla, 66 kq çəkidəki Avropa və dünya çempionatlarının mükafatçısı Orxan Səfərov xorvatiyalı Bernard Azinoviçlə, Nicat Şıxəlizadə moldovalı Denis Vyeru ilə üz-üzə gələcək.

Qadınlardan 48 kq-da cüdoçu Əliyeva Leyla sloveniyalı Marusa Stanqarı, Bazarraqça Erdenebat türkiyəli Dilara Lokmanhekimi, 52 kq-da Buyanxişiq Purevsuren norveçli Madelene Rubinşteyni, Gültac Məmmədəliyeva türkiyəli İrem Korkmazı, 57 kq-da Ülviyyə Rəhimli polşalı Anna Borovskanı, İçinxorlo Munxtsedev kosovolu Nora Qyakovanı sınağa çəkəcək.

Qeyd edək ki, Azərbaycan cüdoçuları ötənilki yarışı 2 qızıl, 3 bürünc medalla başa vurublar.



İnform.az

Baxış sayı: 250