Sosial
25.07.2015 / 03:44

Daha iki kəndə qaz çəkilib

Daha iki kəndə qaz çəkilib

Bu gün Zərdab rayonun Əlibəyli və Allahqulubağı kəndlərində yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirilib. İnform.az APA-ya istinadən xəbər verir ki, açılış mərasimində Rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd sakinləri, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi İbrahim Kərbəlayev iştirak edib.

Mərasimində çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev kənd sakinlərini bu mühüm hadisə münasibətilə təbrik edib. Bildirib ki, artıq bununla rayonun 17 yaşayış məntəqəsində vətəndaşlar təbii qazdan istifadə edirlər. Hazırda rayonun digər yaşayış məntəqələrində qazlaşma işləri davam etdirilir. 2014 - 2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən yaxın illərdə rayonun bütün yaşayış məntəqələri mavi yanacaqla təmin ediləcək.

Çıxışlarda qeyd olunub ki, kənddə 31600 paqonometr daşıyıcı və paylayıcı xətt çəkilmiş, 269 evə sayğac quraşdırılmış, qaz pilətələrinin quraşdırıldığı məsafəyə qədər xətt çəkilmişdir. Sonra inşaat işlərində fəallıq göstərən bir qrup işçiyə qiymətli hədiyyələr təqdim olunub.

Mərasimin sonunda mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılıb.

Baxış sayı: 276