Elm-təhsil
25.04.2018 / 20:00

“Türk xalqlarının ortaq folkloruna müqayisəli baxış” adlı monoqrafiya nəşr olunub

“Türk xalqlarının ortaq folkloruna müqayisəli baxış” adlı monoqrafiya nəşr olunubAMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevanın “Türk xalqlarının ortaq folkloruna müqayisəli baxış” adlı monoqrafiyası işıq üzü görüb.

Bölmənın İnformasiya şöbəsindən İnform.az-a verilən məlumata görə, yeni nəşrin elmi redaktoru və ön sözün müəllifi akademik Nizami Cəfərov, rəyçiləri professor Buludxan Xəlilov, filologiya üzrə elmlər doktoruHüseyn Həşimli və filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Əsgərovadır.

Monoqrafiyada Azərbaycanın zəngin folklor nümunələri digər türk xalqlarının folklor nümunələri ilə müqayisə olunur. Nəşrdəortaq dastanlara, atalar sözlərinə, bayatılara, tapmacalara, laylalara, alqış və qarqışlara aid nümunələrinoxşar və fərqli cəhətləri təhlil edilib.

İnform.az

Baxış sayı: 237