Din
25.04.2018 / 17:47

“Aprel döyüşləri-ruhumuzun qələbəsi” mövzusunda maarifləndirici tədbir keçirilib- FOTO

“Aprel döyüşləri-ruhumuzun qələbəsi” mövzusunda maarifləndirici tədbir keçirilib-

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə şəhər 8 saylı tam orta məktəbində “Aprel döyüşləri-ruhumuzun qələbəsi” mövzusunda maarifləndirici tədbir keçirilmiş, DQİDK-nin sifarişi ilə çəkilmiş “Şəhadət” filmi nümayiş olunub.

Şöbədən İnform.az-a verilən məlumata görə, tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov, şəhər 8 saylı tam orta məktəbin direktoru İlqar Paşayev, müəllimlər və şagirdlər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda, eləcə də aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan şəhər 8 saylı tam orta məktəbin direktoru İlqar Paşayev çıxışında gənclərin milli-mənəvi dəyərlərə, vətənpərvərlik keyfiyyətlərinə, elm və təhsilə yiyələnmələrinin vacibliyini vurğulayaraq, bu baxımdan keçirilən tədbirin şagirdlərin dünyagörüşünün formalaşmasında, vətəndaşlıq tərbiyəsində mühüm rolu olduğunu bildirib.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında aprel döyüşlərinin dövlətimizin, ordumuzun gücünü göstərən şanlı tarixi qələbə olduğunu, bu qələbənin Azərbaycan ordusunun düşmən üzərində qazanılacaq böyük zəfərinin başlanğıcı kimi əhəmiyyətini diqqətə çatdırıb. Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi haqqında məlumat verən E.Həmidli bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizmdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.

Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov çıxışında aprel döyüşlərinin Azərbaycanın qəhrəmanlıq tarixinin ayrılmaz tərkib hissəsini təşkil etdiyini qeyd edib. R.Hüccətov gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai dünyagörüşlərinin formalaşması, dini radikalizm kimi mənfi meyllərdən uzaq olmalarında bu kimi tədbirlərin zəruri əhəmiyyət daşıdığını bildirib.

Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Aprel döyüşləri-ruhumuzun qələbəsi” mövzusunda maarifləndirici tədbir keçirilib-


“Aprel döyüşləri-ruhumuzun qələbəsi” mövzusunda maarifləndirici tədbir keçirilib-


İnform.az


Baxış sayı: 289