Dünya
25.04.2018 / 17:09

Ərdoğan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib

Ərdoğan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib"Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümüdür. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm".

İnform.az "Report“-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, Azərbaycan sərhədlərinin müəyyən edilməsi yolunda Qafqaz İslam Ordusu da iştirak edib: "Bu il ərzində Qafqaz İslam Ordusunun fəaliyyəti ilə bağlı silsilə tədbirlər keçiriləcək".

İnform.az

Baxış sayı: 200