Hüquq
25.04.2018 / 17:03

Azərbaycan sərhədini pozan Özbəkistan vətəndaşı saxlanılıb

Azərbaycan sərhədini pozan Özbəkistan vətəndaşı saxlanılıbAzərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

İnform.az DSX-in Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, 2018-ci ilin 24 aprel tarixində DSX əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayəsində 1 nəfər xarici vətəndaş tərə­fin­dən dövlət sər­hə­dinin pozulmasının qarşısı alınmışdır.

Dövlət sərhədinin pozulması halı Xudat sərhəd dəstəsinin xid­­­məti ərazisində baş vermişdir. Qusar rayonunun Şirvanovka kən­­di yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azər­baycan Respublikasından Rusiya Federasiyası istiqamətində döv­lət sərhədini pozmağa hazırlaşan naməlum şəxs sər­həd naryadı tərəfindən aşkar olunmuş və hərəkətləri nəzarətdə saxlanılmışdır.

Sərhəd pozucusu sərhəd zastavasının mühəndis-texniki çə­pə­rinin məftillərinin arasından keçərək sərhədboyu zolağa daxil ol­duqdan sonra sərhəd naryadı tərəfindən saxlanılmışdır.

Sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilmiş, onun 1991-ci il tə­vəl­lüdlü Özbəkistan vətəndaşı Tukhtasinov Tolibjon Rahman­jon oglı olması müəyyən edilmişdir.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İnform.az

Baxış sayı: 179