İdman
25.04.2018 / 16:38

Alkoqollu içkilərin satışı məhdudlaşdırılacaq - HARADA?

Alkoqollu içkilərin satışı məhdudlaşdırılacaq -Futbol üzrə Dünya Kubokunun matçları zamanı Moskva şəhərində alkoqollu içkilərin satışı məhdudlaşdırılacaq.

İnform.az APA-ya istinadən xəbər verir ki, bu barədə paytaxt hökumətinin Regional təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən akoqollu içkilərin satışı müəyyən yerlərdə məhdudlaşdırılacaq. Məhdudiyyət oyunlar keçirilən günlərdə tətbiq olunacaq. Oyunların keçiriləcəyi stadionlara yaxın iki kilometr radiusda alkoqollu içkilərin satışına məhdudiyyət qoyulacaq.

Departamentdən o da bildirilib ki, Moskvada 12 oyunun keçirilməsi planlaşdırılır. "Spartak", "Lujniki" statdionları yaxınlığında və futbol azarkeşlərinin toplaşacağı "Vorobyovi Qorı"dakı "Azarkeşlər festivalı" ətrafında alkoqollu içki satışına məhdudiyyət tətbiq olunacaq.

Qeyd edək ki, Moskvada - "Spartak" stadionunda iyunun 16-da Argentina-İslandiya, 19-da Polşa-Seneqal, 23-də Belçika-Tunis, 27-də Serbiya-Braziliya, "Lujniki" stadionunda isə iyunun 14-də Rusiya-Səudiyyə Ərəbistanı, 17-də Almaniya-Meksika, 20-də Portuqaliya-Mərakeş, 26-da Danimarka-Fransa matçları keçiriləcək. Bundan başqa, iyulun 1 və 3-də 1/8 final oyunu "Spartak" və "Lujniki" stadionlarında olacaq. Yarımfinal və final oyunları isə müvafiq olaraq 11 və 15 iyul tarixlərində "Lujniki" statdionunda baş tutacaq.

İnform.az

Baxış sayı: 179