Elm-təhsil
25.04.2018 / 16:09

“Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib- ADU-da(Foto)

“Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib-

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib.

Bu barədə İnform.az-a ADU-nun İctimaiyyətlə əlaqə Departamentindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov bildirib ki, konfrans böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr olunub: “Hüseyn Cavid müxtəlif mənaları özündə təcəssüm etdirən əsərlərin müəllifidir.

Hüseyn Cavidin əsərlərində biz fikir zənginliyinin şahidi oluruq”. Hüseyn Cavidin milli olduğu qədər, bəşəri sənətkar olduğunu söyləyən M.İmanov bildirib ki, zəngin mənalar silsiləsinin olduğu “İblis”, “Peyğəmbər”, “Şeyx Sənan” və digər əsərlərin mövzusunu çərçivəyə sığışdırmaq mümkün deyil.

AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlibildirib ki,Hüseyn Cavid yaradıcılığındakı fəlsəfi, tarixi fikirlər Azərbaycan dramaturgiyasında yeni mərhələ açıb. T.Kərimli H.Cavid yaradıcılığının təbliğinin əhəmiyyətini vurğulayıb: “Mentalitetimizin formalaşmasında müstəsna xidmətləri olan Hüseyn Cavid yaradıcılığının araşdırılması gənc nəslin vətənpərvər kimi formalaşmasında mühüm rol oynayır”.

AMEA-nın tərkibində fəaliyyət göstərən Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, rəhbəri olduğu muzey mütəfəkkir sənətkarın yaradıcılığının təbliği, tədqiqi və sistemləşdirilməsi ilə məşğul olur: “Hüseyn Cavidin Ev Muzeyinin həyata keçirdiyi Cavidşünaslıq layihəsi çərçivəsində Hüseyn Cavidin həyat və yaradıcılığı barədə dövri mətbuatda çap olunan məqalələrin 50 cildlik kitab şəklində nəşr edilməsi nəzərdə tutulur. Bu günə kimi akademik Kamal Abdullanın rəhbərliyi ilə Hüseyn Cavidin əsərləri müxtəlif dillərə tərcümə olunaraq Avropa ölkələrinə yayılıb”.

H.Cavidin Ev Muzeyində 15 mindən artıq eksponatın qorunub saxlanıldığını deyən G.Babaxanlı müxtəlif yerli və səyyar sərgilərin təşkil olunduğunu sözlərinə əlavə edib.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının professoru, Cavidşünas Cəlal Qasımov əsərlərində bəşəri ideyalara, türkçülüyə geniş yer verən Hüseyn Cavid yaradıcılığının öyrənilməsində onun qızı Turan Cavidin göstərdiyi əvəzsiz xidmətlərdən danışıb: “Mənzum dramaturgiyanı Azərbaycan ədəbiyyatına gətirən Hüseyn Cavidin yaradıcılığında biz tarixə sadiqliyin şahidi oluruq. Millətin milli-mənəvi dəyərlərinə hücum olunan zaman Hüseyn Cavid tarixə müraciət edib və“Peyğəmbər”əsərini ərsəyə gətirib, türkün tarixi və torpağı hədəf seçilən zaman isə o,“Topal Teymur”u yazıb. Beləliklə, biz onun yaradıcılığında tarixi köklərə bağlılığın, vətənə sədaqətin təcəssümünü görürük”.

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla deyib ki, Hüseyn Cavid hər bir azərbaycanlının yaxın şairi olmaqla yanaşı, doğma insanıdır. Kamal Abdulla “Cavidə məhəbbətlə” adı altında nəşr edilən üçcildlik haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Rektor bildirib ki, Azərbaycan ədəbiyyatının ən yüksək nöqtələrində bərqərar olanHüseyn Cavid öz yaradıcılığı ilə Azərbaycanın ən dahi şairləri ilə səsləşib. Kamal Abdulla qeyd edib ki, 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü iləşairin cəsədinin Sibirdəngətirilməsi yalnız bir şairin cəsədinin vətənə gətirilməsi deyil, eyni zamanda Azərbaycan ziyalıları qarşısında əqidəyə, dünyagörüşə yaşıl işığın yandırılması demək idi:“Bu hadisə repressiya olan ölkələrin heç birində baş verməmişdi və ilk dəfə olaraq SSRİ məkanında ümumilli lider Heydər Əliyev tərəfindən həyata keçirildi”.

Sonda Hüseyn Cavidin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Qeyd edək ki, ADU-nun foyesində Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi təşkil edilib.

“Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib-


“Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib-


“Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib-


“Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib-


“Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib-


“Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib-


“Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib-


“Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib-


İnform.az

Baxış sayı: 307