Şərhlər
25.04.2018 / 15:33

Hansısa bir "moşenniki", əxlaqsızı bu xalqa, bu millətə niyə SIRIYIRSINIZ?!

Hansısa bir "moşenniki", əxlaqsızı bu xalqa, bu millətə niyə Aida Eyvazlının facebook səhifəsindən:

Dünən fb divarında bir elana rast gəldim: "Saat 19.50-də Space televiziyasında 46 qızı zorlayan oğlan haqqında geniş məlumat ala bilərsiniz..."

Maraq üçün Rusiya efirlərindən ayrılıb bu iyrənc elanın ardında nələr baş verəcəyini izlədim. Tam bir tərbiyəsizlik və əxlaqsızlıq. Nədən efirlərimizə belə əxlaqsızlar haqqında verilişlər buraxılmasına icazə verlilir KİVDF və Mərbuat Şurası haraya baxır?

Demək verilişi hazırlayan ciddi cəhdlə zorlanan qızların etiraflarını, sonra qızların vəkilinin şərhini, sonra, isə əsil qəhrəmanın "46"-nın özünün etiraflarını və açıqlamalarını elə cani-dillə efirə verirlər ki....

Elə bil ki, nəsə bir senssasiya əldə ediblər.

Biz 1996-cı ildə Space yaratdıq... Sonra Lider yarandı..

Sonra digər televiziyalar da yaranmağa başladı. Lakin bizim dövrümüzdə televiziyalarda belə əxlaqsızlıqlar baş alıb getmirdi. Bizim vaxtımızda, bizi efirə buraxanda , hazırladığımız xəbər və verilişlərdə həmkarlarımız hər şeydən öncə milli və mənəvi dəyərləri önə çəkirdik.

Hansıa bir "moşenniki", əxlaqsızı bu xalqa, bu millətə niyə sırıyırsınız?! Niyə mənim vergi ödədiyim televiziyalar mənə və ümumən vətəndaşlara Vətəni, qəhrəmanları, milli dəyərləri təbliğ etmək əvəzinə , müğənnilərin yataq otaqlarınız, alt paltarlarını, sevgilililərini göstərirlər. Niyə dəyərli insanları, bu millətə nümunə olan qəhrəmanlarımız, milli-mənəvi dəyərlərimizdən bəhs edən kitablarımız, teatr tamaşalarımız efirlərdə nümayiş edilmir.

Son dəfə hansı efirdə bir nümunəvi ailə modelini görmüsünüz? Mənə lazım deyil, Xoşqədəmin axtarıb tapdığı dəyərsiz ailələr.

Buradan əlaqdər dövlət xadimlərinə, milli dəyərlərimizi qoruyan idarələrə, böyüklərə üzümü tuturam: efiri bilənlərə, bacaranlara verin. Axı cənab prezident hər çıxışında deyir ki, Vətən qəhrəmanlarını təbliğ edin.

Sizin göstərdikləriniz təbliğat gələcəyimizi məhv edir. Kəndi bəyənməyənlərə kəndin dəyərlərini anladaq. Bəsdirin toy müğənnilərini, rayonlara, toylara göndərib pullu çəkilişlər etdiyiniz. Bəsdir dilənçilik etdiyiniz.

Bu millətin genefondunu, beynini yumayın. Unutmayın ki, bizim torpaqlarımızın çox hissəsi düşmən tapdağı altındadır. Sovet İttifaqı Qələbəni Levitanın , Bakı isə Aydın Qaradağlının səsi ilə qazandı. O səslər insanalara ruh verdi, güc verdi. Son vaxtlar televiziya efirlərində ümumiyyətlə problemlər göstərilmir. Axı belə deyil, dünyada elə bir ölkə yoxdur ki, hansısa sosial problemi olmasın. Bizim sosial problemlərimiz N qədərdir. İndi ki, yeni nazirlərimiz var, cavandırlar. Yəqin ki, o qocalar kimi məmur kreslolarından istifadə edib, jurnalistlərin yolunu bağlamayacaqlar.

Cəmiyyətdəki problemləri işıqlandırın ki, tədbirlər görülsün. Hər şeyi prezidentin üstünə atmayın. Prezident sosial problemləri həll etmir. Onu həll etmək üçün struktirlar, nazirliklər yaradıb. Sumqayıtda ağaclar kəsilir, bunu heç bir televiziya işıqlandırmır. DTV ancaq qapı-qapı düşüb pul yığır.

Az TV-nin yazılmamış nizamnaməsinə görə, Arif Alışanovun sevmədiyi adamlar efirə çıxa bilməzlər, və ya Az TV efirində hər şey toy-bayramdır. Niyə Vətən uğrunda döyüşlərdə yaralanmış, sağlamlığını itirən qazilərimizin xəstəxanalara qəbulu zamanı baş verən əngəllərdən, onlara olan etinazsızlıqdan, Hərbi Hispitaallarda ancaq 20 il Orduda xidmərt edən hərbiçinin müalicə almaq haqqı var, lakin 3 il hərbi qulluqda olub, vətən uğrunda sağlamlığını itirəni isə deyirlər ki, bu xəstəxanaya stajın çatmır. Bu çözüləsi problem deyilmi. İşıqlandırın ki, həlli yollarını tapa bilək.

Əgər ölkənin Ana televiziyası sosial problemləri, rüşvətxorluq olan nazirlikləri göstərməsə, cəmiyyətdəki çatışmazlıqlarla mübarizə əbəs olacaq. Axı bizim "Mozalan" kimi, "Kirpi" kimi ənənəmiz olub. Bircə dəfə AZ TV hansısa priblemi işıqlandırsa, o biri qanun pozanlar da bundabn nəticə çıxaracaq. sanballı jurnalistlərin dəəyəri artacaq. Bu səbədəndir ki, jurnalistlərə bu gün, cəmiyyətin artığı kimi baxırlar.

Bizim sözümüzü, işimizi gücdən salmayın. Hərdən pultunuzun düymələrini dəyişib, şinelindən çıxdığımız rus televiziyasının efirlərinə baxın. RTR- dövlət televiziyasında tədqiqatçı jurnalistlər hətta nazirləri də təftiş , içra başçılarını da edirlər, onların rüşvət yolu ilə qazandıqları mülkləri göstərirlər. Ciddi tənqid edirlər.

Bir daha xatırladıram ki, televiziya və qəzetlər cəmiyyətin güzgüsüdür. Bu güzgü tozlananda , hər şey torlu görünəcək.

İnform.az

Baxış sayı: 563