Hüquq
25.04.2018 / 15:00

Bunları şagirdlərin bilməsi vacibdir

Bunları şagirdlərin bilməsi vacibdirDaxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə şəhərin 5 saylı tam orta məktəbində «Narkomaniyaya qarşı mübarizə və uşaqları zərərli vərdişlərdən qoruyaq» mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Nizami Rayon Polis İdarəsinin əməkdaşları ilə yanaşı, pedaqoji heyət, valideynlər və şagirdlər iştirak ediblər.

Nizami RPİ-nin rəisi, polis polkovniki Ədalət Sadıqov narkomaniya əlehinə ölkənin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gördüyü qətiyyətli tədbirlərdən, bu istiqamətdə ictimaiyyət arasında aparılan profilaktiki tədbirlərin əhəmiyyətindən danışaraq bildirib ki, istər valideynlər, istərsə də ictimaiyyətin nümayəndələri, öz gələcəyinə biganə olmayan insanlar bu sahədə fəal mövqe tutmalı, yeniyetmə və gənclərin sağlam həyat yaşaması üçün ciddi addımlar atmalıdır.

O, bildirib ki, bu məqsədlə dövlət tərəfindən narkomanlıqla mübarizə üçün bütün lazımi addımlar atılıb. Xüsusən yeniyetmə və gənclərin məşğulluğu, yüksək təhsili, idmanla məşğul olmaları üçün hər cür zəruri şərait yaradılıb.

Qalır bu imkanlardan yararlanmaq üçün yaxınlar, doğmalar arasında təbliğat aparmaq. Rəis bildirib ki, əgər qonşunu narahat edən bu problemin həllində kimsə yardımını əsirgəsə sabah onun özü də belə təhlükə ilə üzbəüz qala biləcəyini düşünməlidir.

Ən azından üzləşdiyi, eşidib-bildiyi təhlükə barədə polisə məlumat verməlidir.
Görüşün sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx izlənilib.

Bunları şagirdlərin bilməsi vacibdir


Bunları şagirdlərin bilməsi vacibdir


Eşqin Qasımov/Polis leytenantı

Baxış sayı: 243