Hüquq
25.04.2018 / 14:30

İstedim sözlə onun portretinin çəkəm... FOTO

İstedim sözlə onun portretinin çəkəm...İnsan ömrünü mənalı, dolu-dolu yaşamaq üçün həyatı dərk etməli, yol verdiyi yanlışlıqlardan nəticə çıxarmalıdır. Yoxsa həyat boşuna axıb gedən zamana çevriləcək. Bunları həmsöhbətim polis veteranı Həsənağa Bayramov dedi.

O, Tərtər Rayon Polis Şöbəsinin Veteranlar Şurasının sədr müavinidir. Məktəbi bitirdikdən sonra Rusiyanın Krasnodar vilayətinə hərbi xidmətə yollanıb. Xidmətdə olduğu müddətdə ailəsinə dəfələrlə təşəkkür məktubu ünvanlanıb, serjant rütbəsi ilə tərxis olunub.
1983-cü ildə daxili işlər orqanlarında xidmətə qəbul olunub. İşlədiyi müddətdə nümunəvi xidmətinə görə bölmə komandiri vəzifəsinə təyin olunub və 2011-ci ildə təqaüdə çıxanadək burada çalışıb. Obyektlərin mühafizəsinin nümunəvi təşkili ilə yanaşı cinayətkarlığa qarşı aparılan əməliyyat tədbirlərində də yaxından iştirak edib, bir neçə oğurluq faktının açılmasımda xüsusi xidmətləri olub. Həsənağa müəllim Qarabağ döyüşlərinin iştirakçısı olub, əlində silah vətənin keşiyində dayanıb.

Onunla şirin söhbətə daldıqca onun necə vətənpərvər insan olduğunu anladım. Şəhidlərimizin yad edilməsində, keçirilən anım tədbirlərində müharibənin canlı şahidi kimi vətən uğrunda canını fəda edən şəhidlərimizin qəhrəmanlıqlarını gənc nəslə aşılayır, onların necə mərdlikə vuruşaraq torpaq, vətən uğrunda canlarını verdiklərini dilə gətirir.

Gənclərin vətənpərvər ruhda qidalanması, mənəvi cəhətdən kamilləşməsi, cəmiyyətimizə xeyirli şəxsiyyətlərə çevrilməsi üçün Həsənağa müəllim daima gənclərlə görüşlər keçirir, əlindən gələn köməkliyi əsirgəmir.

İstedim sözlə onun portretinin çəkəm...

Aslan Qiyaslı/Polis leytenantı

Baxış sayı: 204