Hüquq
25.04.2018 / 12:54

Oğurluq etməkdə şübhəli bilinənlər saxlanılıblar

Oğurluq etməkdə şübhəli bilinənlər saxlanılıblarÖtən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki “SOS” uşaq evindən 3 ədəd noutbuk, 2 ədəd monitor və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

​Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər ərazisindəki kompyuter oyunları salonlarından birindən 4 ədəd oyun aparatı, 12 ədəd pult və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən şəhər sakinləri İbrahim Xanverdiyev və yeniyetmə qardaşı saxlanılıblar.

​Faktlarla bağlı araşdırmalar aparılır.

İnform.az

Baxış sayı: 234