Hüquq
25.04.2018 / 12:42

"Orta məktəbdə oxuduğum vaxtlardan polis olmaq istəyirdim"- Mahir Gülməmmədli

"Orta məktəbdə oxuduğum vaxtlardan polis olmaq istəyirdim"-
Bu gün Azərbaycan polisi hər qaranlıq köşəni işıqlandıracaq bir məşəli əlində daşıyır. Paqondaşlarımızın nizam-intizamı, vətənpərvərliyi, dövlətimizə sədaqətlə xidməti vətəndaşlarımıza da “ mən polisimlə fəxr edirəm” sözlərini deməyə əsas verir.

Sıralarımızda nümunəvi xidməti ilə fərqlənən, xidməti-peşə, fiziki hazırlıq səviyyəsinə görə fərqlənən əməkdaşlarımız yetərincədir. Onların hər biri anda, dövlətçiliyə sədaqətlə xidmət edən mübariz vətən oğullarıdır.

Gənc zabit Mahir Gülməmmədli də həmin əməkdaşlarımızdandır.

Rəhbərlik onun işindən, kollektiv şəxsi keyfiyyətlərindən razılıq edir. 1993-cü ildə Şəki rayonu Qozlubulaq kəndində anadan olub. Orta təhsilini də elə doğulub, boya- başa çatdığı kənddə alıb. Yüksək balla DİN-in Polis Akademiyasına qəbul olub və uğurla təhsil alıb.

“ Ailəmdə daxili işlər orqanlarında xidmət edən olmasa da, məndə bu peşəyə maraq hələ uşaq ikən yaranıb. Orta məktəbdə oxuduğum vaxtlardan polis olmaq istəyirdim. Bilirdim ki, bunun üçün yüksək nəticələr əldə etməliyəm.

İllər keçdi və həmin an gəlib çatdı. Çəkdiyim zəhmət boşa getmədi. Arzuma çatdım. Mənə elə gəlir ki, həyatda istədiyinə nail olmaq üçün çox çalışmaq lazımdır.

Əsas odur ki, peşəni sevəsən, çətinlikdən qorxmayasan.

Ölkə və DİN rəhbərliyi tərəfindən biz gənclər üçün hər cür şərait yaradılıb. Bu imkanlardan yararlanmaq bizim borcumuzdur”- deyən həmsöhbətim polis baş leytenantı M.Gülməmmədli ali təhsilini başa vurduqdan sonra Şəki ŞRPŞ-də sahə inspektoru vəzifəsində xidmət etməyə başlayıb.

Qazandığı uğur və nailiyyətlərinə görə o, 2016-cı ildən müstəntiq vəzifəsinə təyin olunub.

Nümunəvi xidməti ilə fərqləndiyinə görə dəfələrlə müxtəlif təşəkkürnamələr və hədiyyələrlə təltif olunub.

Mahir Məsimov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 382