Baş xəbər, Siyasət
23.04.2018 / 19:32

Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib

Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilibPrezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Fuad Rauf oğlu Muradov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Muradov bundan əvvəl Milli Məclisin Gənclər və idman komitəsinin sədri vəzifəsində çalışırdı.

İnform.az

Baxış sayı: 55