Baş xəbər, Siyasət
23.04.2018 / 19:25

Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib

Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilibPrezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri təyin edilib.

Qeyd edək ki, M.Babayev bundan əvvəl ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışırdı.

İnform.az

Baxış sayı: 195