Elm-təhsil
23.04.2018 / 18:20

““Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ın təqdimatı keçirilib- FOTO

““Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi  və etnoqrafik atlas”ın təqdimatı keçirilib-
AMEA Naxçıvan Bölməsində ““Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ın təqdimatı keçirilib.

Bölmənin İnformasiya şöbəsindən İnform.az-a verilən xəbərə görə,tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyevictimaiyyətə təqdim olunan ““Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ın əhəmiyyətindən danışıb.Bildirib ki, Naxçıvan

ərazisində “Kitabi-Dədə Qorqud” dastanında ifadə olunan çoxsaylı yer-yurd adlarının qeydə alınması bu regionun qədim Oğuz yurdu, Azərbaycan torpağı olduğunu bir daha təsdiq edir.

Naxçıvan diyarının “Kitabi-Dədə Qorqud” dastanında baş vermiş hadisələrin coğrafiyasında mühüm rol oynadığını deyən alim dastandakı etnoqrafik materialların böyük əksəriyyətinin Naxçıvan

ərazisində yaşayan Azərbaycan türklərinin məişəti, mədəniyyəti, təsərrüfat həyatı, dini inancları və digər sahələrdə işlədilən etnoqrafik materiallarla üst-üstə düşdüyünü bildirib.

Ümummilli lider Heydər Əliyevin 20 aprel 1997-ci il tarixdəimzaladığı “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqında” Fərmanınıxatırladan bölmə sədri vurğulayıb ki, bu tarixi fərmanla

həyata keçirilən çoxsaylı tədbirlər “Kitabi-Dədə Qorqud” dastanının hərtərəfli araşdırılması istiqamətində mühüm rol oynayıb.Dədə Qorqudun adının Azərbaycanda, eləcə də Naxçıvanda

əbədiləşrilməsi sahəsində müxtəlif tədbirlər həyata keçirilib, iki cildlik “Kitabi-Dədə Qorqud” ensiklopediyası, onlarla kitab və monoqrafiyalar nəşr olunub, beynəlxalq və respublika səviyyəli konfrans

və simpoziumlar keçirilib.

Bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin imzaladığı “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 2015-ci il 20 fevral tarixli Sərəncam

dadiqqətəlayiqdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu Sərəncamdan irəli gələn məsələlərlə bağlı təsdiq etdiyi Tədbirlər Planına əsasən““Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ın

hazırlanması qərara alınıb.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyul 2015-ci il tarixli Sərəncamı ilə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan

Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına əsasən Naxçıvan şəhərində “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumun keçirilməsi,

professor Səfərəli Babayevin “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasının yenidən nəşr olunması, ““Kitabi-Dədə Qorqud” və Naxçıvan” televiziya filminin hazırlanması, bu

mövzuda açıq dərslərin, dəyirmi masaların, kütləvi informasiya vasitələrində verilişlərin və qəzet materiallarının hazırlanması təşkil edilib.2016-cı ildə bölmədə yaradılan işçi qrupu tərəfindən““Dədə

Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ıhazırlanıb.

Tədbirdə“Qorqudşünaslığa dəyərli töhfə” mövzusunda məruzə ilə çıxış edənbölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovqeyd edib ki, atlasda

Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarının Naxçıvanla bağlılığı araşdırılıb,Naxçıvanla bağlı adıçəkilən yer adlarının coğrafi xəritəsi verilib. “Əcəmi”

Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap edilən atlasın müəllif və tərtibçiləri akademik İsmayıl Hacıyev (məsul redaktor), AMEA-nın müxbir üzvləri-Fəxrəddin Səfərli, Əbülfəz Quliyev,

Qadir Qədirzadə, Vəli Baxşəliyev, filologiya üzrə fəlsəfə doktorları-Firudin Rzayev, Əkrəm Hüseynzadə, Rəşad Zülfüqarov, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov, coğrafiya üzrə fəlsəfə doktoru

Nazim Bababəyli, Cəfər Əliyev və Fəxrəddin Eylazovdur.

Bildirilib ki, atlas iki bölmədə verilib. Birinci bölmədə Tarixi –coğrafi atlas, ikinci bölmədə isə Etnoqrafik atlas əksini tapıb.Azərbaycan, ingilis və rus dilində olan atlasa 51 tarixi-coğrafi söz, 239 ifadə

və deyimi özündə əks etdirən xəritələr daxil edilib. Atlasda oğuzların təsərrüfat həyatı, maddi mədəniyyəti və bunların Naxçıvanda izləri, dastanda işlədilən geyim və bəzək adları, Dədə Qorqud

oğuzlarının yemək və içki növləri, dastanda adı çəkilən sənətlər və xalq nəqliyyat vasitələri, əkinçilik və maldarlıq sahələri, idarəçilik sistemi, dini inanclar öz əksini tapıb.

Daha sonra mövzu ətrafında İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov vəTarix, Etnoqrafiya və Arxeologiya

İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov çıxış edərək yeni nəşrin önəmindən söz açıblar.

““Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi  və etnoqrafik atlas”ın təqdimatı keçirilib-


İnform.az

Baxış sayı: 252