Elm-təhsil
23.04.2018 / 10:15

Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi daha bir beynəlxalq tədbirdə iştirak edib- FOTO

Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi   daha bir beynəlxalq tədbirdə iştirak edib-

AMEA Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin əməkdaşları Mahmud Qurbanov və Nurlan Məcidov BMT-nin “Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən GCP/AZE/006/TUR “Azərbaycanda orqanik kənd təsərrüfatı və institusional potensialın inkişafı” layihəsi çərçivəsində 17-20.04.2018-ci il tarixlərində Bakıda keçirilmiş “Beynəlxalq orqanik standartlar əsasında müfəttişlərin təlimi” mövzusunda keçirilən tədbirdə iştirak edib.

Mərkəzdən İnform.az-a verilən məlumata görə, təlimin məqsədi ekoloji təmiz (orqanik) kənd təsərrüfatında təhlükələrin analizi və kritik nəzarət nöqtələri, ekoloji heyvandarlıqda bəzi vacib məsələlər, ekoloji əkinçilikdə əsas prinsiplər, standartlar və nəzarət-sertifikatlaşdırmanın öyrənilməsi, bu sahədə təlimçilərin hazırlanması nəzərdə tutulurdu.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlığı ilə təşkil olunmuş təlimdə ekoloji təmiz (orqanik) kənd təsərrüfatı üzrə beynəlxalq FAO məsləhətçisi Uyqun Aksoy iştirakçılara ətraflı məlumat verərək maraqlı təlim sessiyası həyata keçirib və iştirakçılar praktik olaraq Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda və Azərbaycan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasında təftişin aparılması, təhlükələrin müəyyənləşdirilməsi üzrə təlimdə əldə etdikləri bilikləri təcrübədən keçiriblər.

Seminarda GABA, Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC, Azərsun Holdinq Biləsuvar Heyvandarlıq kompleksi, Milas Aqro MMC, Aqrobest Group Azərbaycan, Toxum Mərkəzi, Bakı Mühəndislər Universiteti, Azərbaycan Standartlaşdırma İnstitutu, Alma Consulting and İnvestment MMC, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu kimi dövlət və özəl sektorların nümayəndələri iştirak edib.

Təlimin sonunda iştirakçılar beynəlxalq sertifikatlarla təltif olunublar.

Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi   daha bir beynəlxalq tədbirdə iştirak edib-


Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi   daha bir beynəlxalq tədbirdə iştirak edib-


Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi   daha bir beynəlxalq tədbirdə iştirak edib-


Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi   daha bir beynəlxalq tədbirdə iştirak edib-


İnform.az


Baxış sayı: 368