Dünya, Hadisə
21.04.2018 / 21:00

Dərbənddə 9 silahlı məhv edilib

Dərbənddə 9 silahlı məhv edilibDağıstanın Dərbənd şəhərində keçirilən xüsusi əməliyyat zamanı 1 May bayram tədbirlərində terror aktı planlaşdıran 9 silahlı məhv edilib.

APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Milli Antiterror Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, polislərin təslim olmaq çağırışına avtomatla atəş açan silahlılar cavab atəşi ilə məhv edilib.

Əməliyyat zamanı polis və dinc əhali arasında itki olmayıb, bir asayiş keşikçisi yüngül yaralanıb.

İnform.az

Baxış sayı: 142