Hüquq
21.04.2018 / 12:52

Oğurluqda şübhəli bilinən paytaxt sakini saxlanılıb

Oğurluqda şübhəli bilinən paytaxt sakini saxlanılıbMühafizə polisi əməkdaşlarının operativliyi və ayıq-sayıqlığı nətisəsində oğurluğa cəhd edən daha bir şəxs cinayət başında yaxalanıb.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, aprelin 20-də axşam radələrində Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları Zabrat-1 qəsəbəsinin Babək küçəsində yerləşən “Ayxan” marketdən Mərkəzləşdirilmiş Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, obyektdən ümumi dəyəri 103 manatlıqspirtli içkiləri oğurlayıb qaçmaq istəyən bir nəfəriyaxalayıblar.

Polis əməkdaşları tərəfindən saxlanılan həmin şəxs maddi sübutla birlikdə aidiyyatı üzrə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə təhvil veriblər.

Bölmədə aparılan araşdırmalarla onun əvvəllər məhkum edilmiş, paytaxtın Binəqədi rayonunda yaşayan Anar Aslanov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 279