Din
20.04.2018 / 18:10

“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” adlı tədbir keçirilib- FOTO

“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” adlı tədbir keçirilib-
Dünən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Astara RayonTəhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Hamoşam kənd tam orta məktəbində “Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” adlı tədbir keçirilib.

Şöbədən İnform.az-a verilən məlumata görə,tədbirdə DQİDK-nınLənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşıTuranHəsənzadə, Astara Rayon Təhsil Şöbəsinin müdir müavini Soltanağa Baxşıyev, Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Hamoşam kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağarəhim Abdulov, Hamoşamkənd tam orta məktəbinin direktoru Asəf Abdulov, Hamoşam kənd məscidi dini icmasının sədri Əbülfəz Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Hamoşam kənd tam orta məktəbin direktoru Asəf Abdulov keçirilən tədbirlərin gənclərin sağlam və vətənpərvər ruhda böyüməsində vacib rol oynadığını vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədovmüasir cəmiyyətimizdə erkən nikahın yaratdığı mənəvi, sosial və hüquqi zərərlər haqqında danışıb.

Q.Məmmədovölkəmizdə zərərli vərdişlərə qarşı aparılan mübarizə, həmçinin erkən nikahların aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadəzərərli vərdişlərə, erkən nikaha qarşı mübarizədə gənclərin elm və təhsilə yiyələnmələrinin əhəmiyyətini qeyd edib.

Astara Rayon Təhsil Şöbəsinin müdir müavini Soltanağa Baxşıyev, Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Hamoşam kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağarəhim Abdulov, Hamoşam kənd məscidi dini icmasının sədri Əbülfəz Məmmədov və digərləri çıxışlarında gənclərin zərərli vərdişlərdən uzaq olmalarının onların sağlam həyat sürmələrində zəruri şərt olduğunu bildirib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” adlı tədbir keçirilib-


“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” adlı tədbir keçirilib-


“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” adlı tədbir keçirilib-


“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” adlı tədbir keçirilib-


“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” adlı tədbir keçirilib-


İnform.az

Baxış sayı: 168