Elm-təhsil
20.04.2018 / 15:36

Riyaziyyatçı alım Beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçilib

Riyaziyyatçı alım Beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçilib
Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev “Qeyri Xətti Elmlər və Tətbiqlər Jurnalı”nın redaksiya heyətinin üzvü seçilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, jurnal(“Journal of NonlinearSciences and Applications” (JNSA http://www.isr-publications.com/jnsaıç ISSN 2008-1898) qeyri-xətti analiz sahəsində elmi məqalələrin operativ dərc edilməsini təmin edən beynəlxalq elmi nəşrdir.

Nəşrin məqsədi nəzəri və tətbiqi qeyri-xətti analizi sahəsində elmi tədqiqatların birləşdirilməsi və stimullaşdırılmasıdır.

Jurnal Web of Science tərəfindən indeksləşdirilir və 2016-cı ildə onun impakt-faktoru 1,34 təşkil edib.

İnform.az


Baxış sayı: 233