Elm-təhsil
20.04.2018 / 14:17

Tələbələrin xarici dillərdə ümumşəhər elmi-nəzəri konfransı keçirilib- FOTO

Tələbələrin xarici dillərdə ümumşəhər elmi-nəzəri konfransı keçirilib-
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) inzibati binasının akt zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda bakalavriat və magistrantların xarici dillərdə (ingilis, alman, fransız, rus) ümumşəhər elmi-nəzəri konfransı keçirilib.

ADAU-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, konfrans dövlət himninin səslənməsi ilə çərçivəsində həyata keçirilən tədbirlər cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluğu, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Bütün bunları nəzərə alaraq, “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda bakalavriat və magistrantların xarici dillərdə (ingilis, alman, fransız, rus) ümumşəhər elmi-nəzəri konfransının keçirilməsi gənclərin yaradıcılıq potensialının, onların yeni ideyalarının aşkara çıxarılmasında mühüm rol oynayan tədbirlərdən biridir.

Konfransın müvafiq bölmələri üzrə Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialından 222 tələbənin məruzəsi dinləniləcək. Plenar iclasda 11 məruzə dinlənilib, daha sonra konfransın işi 6-sı ingilis, 1-i rus, 1-i fransız, 1-i alman olmaqla 9 bölmə üzrə tədris korpuslarında və tələbə evində davam edəcək. İştirakçılara Fəxri Fərman və Təşəkkürnamələr veriləcək.

Tələbələrin xarici dillərdə ümumşəhər elmi-nəzəri konfransı keçirilib-


Tələbələrin xarici dillərdə ümumşəhər elmi-nəzəri konfransı keçirilib-


Tələbələrin xarici dillərdə ümumşəhər elmi-nəzəri konfransı keçirilib-


Tələbələrin xarici dillərdə ümumşəhər elmi-nəzəri konfransı keçirilib-


Tələbələrin xarici dillərdə ümumşəhər elmi-nəzəri konfransı keçirilib-


İnform.az





Baxış sayı: 176