Hüquq
20.04.2018 / 12:57

Qanun pozuntularına qarşı tədbirlər davam etdirilir

Qanun pozuntularına qarşı tədbirlər davam etdirilirDaxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə respublikanın şəhər və rayonlarında mütəmadi tədbirlər həyata keçirir.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, cari ilin ötən 3 ayında keçirilmiş belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının pozulması) və 590-cı (mülki silahın və ya döyüş sursatının saxlanılması və daşınması qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 240 nəfər barəsində inzibati protokol tərtib olunub, həmin şəxslərə 26 min manata yaxın cərimə tətbiq edilib.

Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 252-ci (meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması) və 253-cü (meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi) maddələrinin tələblərini pozmuş 10 nəfər barəsində inzibati tədbir görülüb, 15 nəfər barəsində isə Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

​Bu istiqamətdə tədbirlər davam etdirilir.

Baxış sayı: 208