Hüquq
20.04.2018 / 11:50

Azərbaycan nümayəndə heyəti MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edir

Azərbaycan nümayəndə heyəti MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edir
Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Ayaz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin aprelin 20-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən növbəti iclasında iştirak edir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, iclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.

İnform.az

Baxış sayı: 94