Gündəm, Din
20.04.2018 / 11:09

“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı tədbir keçirilib- FOTO

“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı tədbir keçirilib-
Dünən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə rayonun Milli Qəhrəman Fəxrəddin Şahbazov adına Kəlvəz kənd tam orta məktəbində “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı tədbir keçirilmiş, DQİDK-nin sifarişi ilə çəkilmiş “Şəhadət” filmi nümayiş olunub.

Şöbədən İnform.az-a verilən məlumata görə,Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Kəlvəz kənd tam orta məktəbinin direktoru Nizami Quliyev, Kəlvəz kənd məscidinin mütəvəllisi Habil Quliyev, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kəlvəz kənd tam orta məktəbin direktoru Nizami Quliyevçıxışında xalqımızın zəngin milli-mənəvi dəyərlərə sahib olduğunu, bu dəyərlərin gənclər arasında təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyəti olduğunu vurğulayıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında Azərbaycanda tolerant və multikultural ənənələrin, dinlərarası və məzhəblərarası həmrəylik və vəhdətin hökm sürdüyünü qeyd edib. A.Həsənov dini radikalizm və onun fəsadları haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini radikalizmə qarşı mübarizə məqsədilə, həmçinin milli-mənəvi dəyərlərin təbliği istiqamətində çoxsaylı maarifləndirmə tədbirləri həyata keçirilir.

Kəlvəz kənd məscidinin mütəvəllisi Habil Quliyev və digərləri çıxışlarında milli-mənəvi və dini dəyərlərin qorunduğu, tolerant və multikultural mühitin mövcud olduğu ölkəmizdə dini radikalizmə yer olmadığını bildiriblər.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı tədbir keçirilib-


“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı tədbir keçirilib-


“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı tədbir keçirilib-


“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı tədbir keçirilib-


İnform.az

Baxış sayı: 149