Hadisə
19.04.2018 / 16:06

Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın söndürülüb -
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 60 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 8 m2 sahədə yanmışdır.

İnform.az FHN-i Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər azyaşlı mənzildən xilas edilərək aidiyyəti üzrə təhvil verilmişdir.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

İnform.az

Baxış sayı: 69