Mədəniyyət
19.04.2018 / 16:04

Lənkəran Dövlət Dram Teatrı mədəniyyət müəssisələrinə hamilik edəcək- FOTO

Lənkəran Dövlət Dram Teatrı mədəniyyət müəssisələrinə hamilik edəcək-

Öz ənənəsinə sadiq qalan Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət mərkəzlərinin xalq teatrlarına və bədii özfəaliyyət teatr kollektivlərinə hamilik köməyi göstərəcək.

Bu məqsədlə Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərovla Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elçin Hüseynovun imzası ilə birgə niyyət sazişi bağlanılıb. Sazişə əsasən Lənkəran teatrı Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi mədəniyyət müəssisələrində ustad dərsləri keçirməyi, həmin kollektivlərə teatr tamaşaları hazırlamaqdan ötrü lazım olan dəstəyi göstərməyi öhdəsinə götürüb.

Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərovun sözlərinə görə, belə qarşılıqlı yaradıcılıq münasibətləri hər iki tərəf üçün səmərəli olacaq:”Teatrımızda aktyorlara böyük ehtiyac var. Biz məhz bölgənin istedadlı gəncləri hesabına bu ehtiyacı ödəmək fikrindəyik. İstəyimizi əldə etmək üçün gənclərin yetişib püxtələşməsi, professional təhsil almaları üçün əlimizdən gələn köməyi edəcəyik”.
Niyyət protokolunun imzalanma mərasimində həmçin Biləsuvar Mədəniyyət Mərkəsinin özfəaliyyət teatr kollektivinin həvəskar aktyorlarının təqdimatında “Nəsimi” tamaşasına baxış olub.

Tamaşanın müzakirəsində Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov çıxış edərək səhnə əsəri haqqında fikir və mülahizələrini söyləyiblər.

Lənkəran Dövlət Dram Teatrı mədəniyyət müəssisələrinə hamilik edəcək-


Lənkəran Dövlət Dram Teatrı mədəniyyət müəssisələrinə hamilik edəcək-


Lənkəran Dövlət Dram Teatrı mədəniyyət müəssisələrinə hamilik edəcək-


Lənkəran Dövlət Dram Teatrı mədəniyyət müəssisələrinə hamilik edəcək-



Ağəddin Babayev/Lənkəran



Baxış sayı: 533