Ədəbiyyat
19.04.2018 / 15:55

Leyla Əliyeva Xan qızı Natəvan kimi... - Əkbər Həmidi

Leyla Əliyeva Xan qızı Natəvan kimi... -
Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla xanım Əliyevanın “Dünya yuxutək əriyir...” divanı Tehranda fars dilində nəşr olunub.

İnform.az Kult.az-a istinadən xəbər verir ki, divan “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin “Azərbaycan ədəbiyyatını dünyada tanıdaq!” devizi altında bir neçə ildir həyata keçirdiyi layihələr çərçivəsində Tehranın məşhur Mobini-Əndişə yayım evinin “Nevis” mətbəəsində nəfis tərtibatda farsdilli oxuculara təqdim edilib.

Leyla Əliyevanın nadir poetik yaradıcılıq üslubunu və duyğularını tərənnüm edən şeirlər fars dilinə görkəmli tərcüməçi-şair Əkbər Əlyar Həmidi və tanınmış şairə, yazıçı-publisist Süsən Nəvadə Rəzi tərəfindən tərcümə olunub.

“Dünya yuxutək əriyir...” divanının fars versiyasına yazdığı ön sözdə mütərcim Əkbər Əlyar Həmidi bunları qeyd edib:

“İftixarla deyə bilərəm ki, geniş ictimai-siyasi fəaliyyəti, elitar ailə mənsubiyyəti ilə tanınan şairə zəngin fəlsəfi baxışlarına, nadir yaradıcılıq dünyası və poeziya səltənəti ilə bizə Xan qızı xatın Xurşidbanu Natəvanı xatırladaraq oxucunu heyrətdə qoyur... Divanın farsdilli oxucular tərəfindən böyük maraqla qarşılanacağına sonsuz ümid bəsləyirik”.

Qeyd edək ki, “Dünya yuxutək əriyir...” divanı ilə tanış olmaq istəyən farsdilli oxucular kitabı Azərbaycanın və İranın əksər böyük kitabxanalarından və satış məntəqələrindən əldə edə bilərlər

İnform.az

Baxış sayı: 329