Elm-təhsil
18.04.2018 / 19:00

Riyaziyyat və Mexanika İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilib- FOTO

Riyaziyyat və Mexanika İnstitutunda  doktorant və dissertantların attestasiyası keçirilib-

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, iclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb.

Əvvəlcə institutun doktorant və dissertantlarının attestasiyası keçirilib.

Şura üzvləri fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul haqqında AMEA Rəyasət Heyətinin qərarı ilə tanış edilib.

İclasda həmçinin, institutun II kurs magistr dissertasiyalarının müdafiəsinin təşkili məsələsinə baxılıb. İnstitutun iki aliminin postdoktoral elmi tədqiqatlarının tamamlanması məqsədilə Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi məsələsi müzakirə olunub.

AMEA-nın müxbir üzvü, professor Bilal Bilalovun Rəyasət Heyətinin iclasındakı elmi məruzəsi haqqında qəbul olunmuş qərarla şura üzvləri tanış Daha sonra iclasda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə AMEA-nın gənc alimləri üçün elan olunmuş müsabiqəyə Riyaziyyat və Mexanika İnstitutunun altı gənc aliminin namizədliyi irəli sürülüb.

AMEA Rəyasət Heyətinin 14 mart 2018-ci il tarixli qərarı ilə 2018-2020-ci illər üçün elmi tədqiqat proqramlarının işlənməsi, seçilməsi və maliyyələşdirilməsi məqsədilə keçirilmiş respublika müsabiqəsinin nəticələri və III Beynəlxalq Elm Festivalının keçirilməsi haqqında şura üzvlərinə məlumat verilib.

Riyaziyyat və Mexanika İnstitutunda  doktorant və dissertantların attestasiyası keçirilib-


İnform.az

Baxış sayı: 231