Baş xəbər, Siyasət
18.04.2018 / 11:03

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib -
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.

Dövlət başçısı Ulu Öndərin məzarı önünə əklil qoydu, onun ruhu qarşısında baş əydi.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzüldü.

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib -


İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib -


İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib -


İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib -


İnform.az

Baxış sayı: 318