Diaspora Akademiyası, Mədəniyyət
18.04.2018 / 10:13

Özbəkistanda Cümhuriyyətin 100 illiyi münasibəti ilə dostluq konserti keçiriləcək

Özbəkistanda Cümhuriyyətin 100 illiyi münasibəti ilə dostluq konserti keçiriləcəkÖzbəkistandakı Heydər Əliyev adına Azərbaycan mədəniyyət mərkəzinin layihəsi və Azərbaycanın Özbəkistanın səfirliyinin dəstəyi ilə Daşkənddəki respublika sarayı – Türküstanda may ayının 17-də möhtəşəm dostluq konserti keçiriləcək.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, konsert proqramında Özbəkistanın dünya şöhrətli orkestrı – gənclərdən ibarət simfonik orkestr, dirijor - Özbəkistanın əməkdar artisti Kamoləddin Urunbayev və Azərbaycanın əməkdar artisti, 2017-ci il “Şərq təranələri” beynəlxalq musiqi festivalının qran pri mükafatçısı, tanınmış tarzən Sahib Paşazadə çıxış edəcəklər.

Proqrama Azərbaycanın və dünya musiqisinin inciləri sayılan Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Vasif Adıgözəlovun, Fərhad Bədəlbəylinin əsərləri ifa olunacaq. “Koroğlu” üverturası ilə başlanan konsertdə “Alban rapsodiyası”, “Min bir gecə”, “Sarı gəlin”, “Çaxargah rapsodiyası”, “Qərənfil”, “Şuşa” və başqa əsərlər ifa olunacaqdır. Tədbirdə Özbəkistanın tanınmış sənətçiləri – Nəsibə Abdullayeva, Masuma Boltabaeva, Erkin Ramazanovun da orkestr ilə ifaları nəzərdə tutulub.

Dostluq konsertində dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət, xadimləri, ictiamiyyət nümayəndələri, səfirlər, diplomatlar, jurnalistlər, yerli azərbaycanlıların iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, konsert proqramı ifa edildikcə arxa fonda quraşdırılmış böyük ekranlarda yüz il öncə yaradılmış respublika, habelə ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, milli mədəniyyətimiz, Azərbaycanın turizm imkanlarına dair videomateriallar nümayiş etdiriləcək, Türküstan sarayının geniş giriş foyesində “Şərqin ilk parlayan ulduzu - Azərbaycan Xalq Respublikası – 100” adlı sərgi iştirakçılara təqdim ediləcək.

Sərgidə Azərbaycan mədəniyyət mərkəzi tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, adət-ənələrini özündə əks etdirən müxtəlif guşələr, kompozisiyalar qurulacaq, milli geyimli rəqs qruplarının çıxışları planlaşdırılır.

İnform.az

Baxış sayı: 219