Elm-təhsil
16.04.2018 / 18:26

Azərbaycanlı alimlər Çin Xalq Respublikasında ezamiyyətdə olublar-

Azərbaycanlı alimlər Çin Xalq Respublikasında ezamiyyətdə olublar-
AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Maye və qaz" şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov və həmin şöbənin aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru, dos. Eldar Abbasov "NewHorizon" (Pekinşəh.) elmi mərkəzinin dəvəti ilə Çin Xalq Respublikasında ezamiyyətdə olublar.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, ezamiyyədə məqsəd Çin Xalq Respublikası mütəxəssisləri ilə birgə tədqiqatların müzakirəsi və yeni texnologiyaların realizasiyası olub.

Elmi səfər zamanı alimlər innovativişlənmənin ÇXR-nın karbohidrogen yataqlarında adaptasiya olunması və tətbiqi ilə əlaqədar görüşlər, müzakirələr aparıblar.

Azərbaycanlı alimlərin elmi araşdırmalarının nəticələri və bu əsasda yaradılan innovativ üsul və texnologiyalar Çində neftçıxarma və neftveriminin artırılması sahəsində məşğul olan mütəxəssislərin marağına səbəb olub və Çin tərəfdaşları tərəfindən sənaye tətbiqinin aparılması təşəbbüsü irəli sürülüb.

Qeyd edək ki, ezamiyyə müddətində alimlər həmçinin “NewHorizon” elmi mərkəzinin nümayəndələri və Bohai Bay körfəzi akvatoriyasında dəniz şelfindəki neft çıxarmanı həyata keçirən Çinin ən böyük şirkəti “CNOOC” –un aparıcı mütəxəssisləri ilə də görüşüblər.

Həmin şirkətin təklifi ilə Qeylani Pənahov və Eldar Abbasov neftli kollektorlara hidrodinamik təsir və layda qazyaratma texnologiyasının tətbiqində iştirak ediblər və çətin dəniz şəraitində olan C12ST01 saylı vurucu quyuda texnoloji əməliyyat müvəffəqiyyətlə həyata keçirilib. Nəticələrin şirkətlə birlikdə müşahidə və analiz edilməsi nəzərdə tutulub.

Çinli həmkarlar həmçinin Azərbaycanda birgə elmi tədqiqatlara və neft yataqlarında geofizika sahəsində proqram təminatının interpretasiyası istiqamətində yeni işləmələrinreallaşdırılmasına maraq göstəriblər.

Azərbaycanlı alimlər Çin Xalq Respublikasında ezamiyyətdə olublar-


Azərbaycanlı alimlər Çin Xalq Respublikasında ezamiyyətdə olublar-


Azərbaycanlı alimlər Çin Xalq Respublikasında ezamiyyətdə olublar-


Azərbaycanlı alimlər Çin Xalq Respublikasında ezamiyyətdə olublar-


İnform.az

Baxış sayı: 195