Elm-təhsil
16.04.2018 / 17:41

AMEA Naxçıvan Bölməsində iki monoqrafiyanın təqdimatı olub- FOTO

AMEA Naxçıvan Bölməsində iki monoqrafiyanın təqdimatı olub-

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Orxan-Yenisey yazılı abidələrində feilintəsriflənməyən formaları” və Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri” adlı monoqrafiyalarının təqdimatı olub.

Bölməsinin İnformasiya şöbəsindən İnform.az-a verilən məlumata görə, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq yeni nəşrlərin elmi dəyərindən bəhs edib. Bildirib ki, Azərbaycan dilçilik elminin inkişafında xüsusi xidmətləri olan AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev qədim türk yazılı abidələrinin Azərbaycanda əsas tədqiqatçılarından biridir. Onun orta əsrlərdəki türk dilləri və abidələri, eyni zamanda Naxçıvan dialekt və şivələrinin tədqiqinə dair onlarla sanballı elmi əsərləri, o cümlədən yenimonoqrafiyasıdilçilik elmimizin dəyərli nümunələridir.

Daha sonra akademik“Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri” monoqrafiyanın yazılmasınınəhəmiyyətindən, müasir dövr üçün aktuallığından söhbət açaraq yeni nəşri tədqiqatçı alimin son illərdə apardığı məhsuldar tədqiqatların uğurlu nəticəsi kimi dəyərləndirib.

İsmayıl Hacıyevhər iki müəllifəgələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Mərasimdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutununOnomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Orxan-Yenisey abidələrində feilintəsriflənməyən formalarının tədqiqi məsələləri” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki,rus dilində Almaniyada işıq üzü görənnəşrdə qədim türk yazılı abidələrindəkifeilintəsriflənməyən formalarının beynəlxalq miqyasda tədqiqi tarixindən, abidələrdəki feili sifət şəkilçiləri, onların etimologiya, atributiv, predikativ və substantiv funksiyada işlənmə xüsusiyyətlərindən əhatəli bəhs olunur. Abidələrindəkifeili bağlama və feili sifət kateqoriyaları Azərbaycan dili və digər Oğuz türk dilləri ilə tarixi-müqayisəli planda tədqiq edilir.

Daha sonra “Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri” monoqrafiyası haqqında AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin məruzəsi dinlənilib. Məruzəçi Azərbaycan dilinin dialektologiyası fonunda Naxçıvan bölgəsinə həsr olunan yeni nəşrdə Naxçıvanın dialekt və şivələrin, zəngin dil faktları əsasında söz yaradıcılığının müqayisəli-tipoloji, struktur-semantik təhlili verildiyini, həmçinin ədəbi dillə əlaqəsi və digər bu kimi məsələlərətraflı araşdırıldığını diqqətə çatdırıb. Dilçi alim bildirib ki, tədqiqat əsəriAzərbaycan dilinin dialektologiyası, ədəbi dilimizin tarixi, lüğətçilik, şifahi söz sənəti üçün xüsusilə faydalıdır.

TədbirdəOnomastika şöbəsinin böyük laborantı Aysel Eminova və şöbənin kiçik elmi işçisi Cəmilə Məhərrəmova mövzu ətrafında çıxış edərək ictimaiyyətə təqdim olunan hər iki monoqrafiyanın dəyərli nəşrlə yanaşı gələcək tədqiqatçılar üçün də əvəzolunmaz bir material olduğunu bildiriblər.

AMEA Naxçıvan Bölməsində iki monoqrafiyanın təqdimatı olub-


İnform.az

Baxış sayı: 20