Din, Hüquq
16.04.2018 / 17:29

“Sağlam həyat naminə narkomaniyaya “Yox” deyək” adlı tədbir keçirilib- FOTO

“Sağlam həyat naminə narkomaniyaya “Yox” deyək” adlı tədbir keçirilib-
Bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon Təhsil Şöbəsi və Astara Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbində “Sağlam həyat naminə narkomaniyaya “Yox” deyək” adlı tədbir keçirilib.

İnform.az-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara Rayon Poliş Şöbəsinin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektorupolis baş leytnantı Amal Rzayev, Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin direktoru Xədicə Əliyeva, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbin direktoru Xədicə Əliyeva çıxışında gənc nəslin formalaşmasında məktəbdə bu səpkidə keçirilən maarifləndirmə tədbirlərinin zəruriliyini vurğulayıb. X.Əliyeva gənclərin bizim gələcəyimiz olduğunu və sağlam cəmiyyətin sağlam gənclərlə yetişdiyinibildirib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışındazərərli vərdişlərə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin, elm və təhsilə yiyələnməsinin əhəmiyyətindən danışıb. T.Həsənzadə, həmçinin dini radikalizm və onun fəsadları haqqında tədbir iştirakçılarına məlumat verib.

Astara Rayon Poliş Şöbəsinin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektorupolis baş leytnantı Amal Rzayev narkotik maddələrdən və onların yaratdığı dəhşətli fəsadlardan geniş bəhs edərək, gəncləri narkomaniyadan və digər zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

Sonda narkomaniyanın fəsadlarından bəhs edən slayd təqdim olunub.

“Sağlam həyat naminə narkomaniyaya “Yox” deyək” adlı tədbir keçirilib-


“Sağlam həyat naminə narkomaniyaya “Yox” deyək” adlı tədbir keçirilib-


“Sağlam həyat naminə narkomaniyaya “Yox” deyək” adlı tədbir keçirilib-


“Sağlam həyat naminə narkomaniyaya “Yox” deyək” adlı tədbir keçirilib-


“Sağlam həyat naminə narkomaniyaya “Yox” deyək” adlı tədbir keçirilib-


“Sağlam həyat naminə narkomaniyaya “Yox” deyək” adlı tədbir keçirilib-


İnform.az


Baxış sayı: 218